Bəşər Əsəddən ermənilərə - Görünməmiş dəstək
Bəşər Əsəddən ermənilərə - Görünməmiş dəstək
15 May 2019 12:04 DünyaSuriya Prezidenti Bəşər Əsəd bu ölkədə yaşayan erməni icmasının katolikosu I Aramla görüşüb.
Görüşdə Əsəd Suriyanı tərk edən erməniləri öz vətənlərinə geri qayıtmağa çağırıb.
Görüş Bəşər Əsədin evində baş tutub. Tədbirdə Livan və Suriya ermənilərinin təmsilçiləri, Livanın erməni əsilli turizm naziri Avetis Kitanyan, Suriya parlamentinin deputatları Nora Arsiyan və Jirayr Risyan qatılıb.
Rəsmi məlumata görə, 2011-ci ildə Suriyada müharibənin başlamasından bu günədək 70 min suriyalı erməni ölkəni tərk edib. Bunlardan təxminən 25 min nəfər Ermənistana gəlib.
Ermənistanda köç edən ermənilərin müəyyən qisminin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirildiyi bildirilib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31