ABŞ-dan AB-yə xəbərdarlıq: Ordudan imtina et!
ABŞ-dan AB-yə xəbərdarlıq: Ordudan imtina et!
13 May 2019 17:29 DünyaABŞ Müdafiə nazirinin köməkçisi Ellen Lord AB-nin baş diplomatı Federika Moqeriniyə məktub göndərib.
Bu məlumatı "El Pais" qəzeti yayıb. Məktubun 1 may tarixində Moqeriniyə göndərildiyi bildirilib.
Məlumata görə, məktubunda Lord Brüsselib AB-nin müdafiə siyasətində atdığı təktərəfli addımları tənqid edib. Lord AB-nin hazırkı siyasətinin 30 ildir ABŞ-la davam edən transatlantik müdafiə sənayesi inteqrasiyasını və NATO vasitəsilə iş birliyini təhlükəyə atdığını vurğulayıb.
Vaşinqton nümayəndəsi Avropa Birliyinin hərbi imkanlarını artırma cəhdlərinin NATO ilə AB arasında gərəksiz rəqabət yaradacağını bildirib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31