Prokurorluq istintaqı bərpa etdi – Assancın ekstradisiyası istənilir
Prokurorluq istintaqı bərpa etdi – Assancın ekstradisiyası istənilir
13 May 2019 16:45 Dünyaİsveç prokurluğu cinsi zəmində cinayət törətməkdə təqsirləndirilən "WikiLeaks" saytının qurucusu Culian Assancla bağlı istintaqı bərpa edib.
Dairə prokurorluğunun baş prokurorunun müavini Eva-Mariya Persson deyib:
"Assancı günahlandırmaq üçün ciddi əsaslar mövcuddur. İstintaqın dayandırılması Assancın məhkəmədə iştirakının qeyri-mümükünlüyü səbəbindən baş vermişdi. İşə xitam verilməmişdi".
Onun sözlərinə görə, İsveç "WikiLeaks" qurucusunun ekstradisiyası üçün müraciət edəcək.
Assanc 2010-cu ildən seksual qısnamada və təcavüzdə ittiham olunur. O, İsveçə ekstradisiya olunmaqdan qorxaraq, 2012-ci ildən etibarən Ekvadorun Böyük Britaniyadakı səfirliyində gizlənib. Bu ilin aprelində Assanc 2012-ci ildən məhkəməyə gəlməməsi səbəbindən verilən order əsasında həbs olunub.
İsveçdə aparılan təhqiqat 2017-ci ildə dayandırılmışdı, ancaq Assancın həbsindən sonra qısnamada təqsirləndirilən qadınlardan birinin vəkili cinayət işinin bərpasını tələb edib. Eksepertlərin fikrincə, İsveçə ekstradisiya edildiyi təqdirdə Assanc iki ilədək azadlıqdan məhrumetmə ilə üzləşə bilər.
teleqraf