“NATO ilə əlaqələri dayandır, yoxsa…” – Paşinyan təhdid olundu
“NATO ilə əlaqələri dayandır, yoxsa…” – Paşinyan təhdid olundu
13 May 2019 16:18 Dünya"Baş nazir Nikol Paşinyan cəsarətli olmalı, Krımı Rusiyanın ərazisi kimi tanımalı və NATO ilə bütün əlaqələri dayandırmalıdır".
Bu sözlər "Erməni Qartalları" partiyasının lideri Xaçik Asryanın Ermənistan baş nazirinə çağırışında yer alıb.
O, Rusiya ilə münasibətlərin pisləşməsinin Paşinyana baha başa gələcəyini bildirib:
"Rusiya ilə münasibətlər qaydaya salınmalıdır. Əks halda, Paşinyanın qum üzərindəki qalası çökəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanın təhlükəsizliyini təmin edən və buna qarantiya verən yeganə müttəfiq Rusiyadır".
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31