ABŞ-da məscid yanıb

ABŞ-da məscid yanıb

ABŞ-ın Konnektikut əyalətinin Nyu-Haven şəhərində məscid yanıb. 

Azadinform xəbər verir ki, yanğının baş vermə səbəbləri barədə dəqiq məlumat verilməyib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Bölgədə yaşayan müsəlman əhali tərəfindən toplanan vəsaitlə inşa edilən məsciddə yanğın girişdən başlayaraq ikinci mərtəbəyə qədər davam edib. Məlumata görə, yanğın zamanı bir nəfər məsciddə olub. Həmin şəxsin xilasedicilər tərəfindən təhlükəsiz şəkildə məsciddən çıxarıldığı bildirilib. 

Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31