Əsədin devrilməsinə əngəl olan Obama - Etiraf
Əsədin devrilməsinə əngəl olan Obama - Etiraf
13 May 2019 15:51 DünyaABŞ-ın sabiq prezidenti Barak Obama dövründə Pentaqonda müşavir köməkçisi vəzifəsində çalışan Endryu Exum maraqlı açıqlamalar verib.
E. Exum 2015-ci ildə Bəşər Əsəd rejiminin hakimiyyətdən anidən devrilməməsi üçün ABŞ-ın Rusiya ilə danışıqlar apardığını bildirib: "O dövrdə Suriya məsələsində Rusiya ilə əməkdaşlıq etmək fikri Pentaqon tərəfindən qəbul edilmirdi. Lakin, birbaşa prezidentdən tapşırıq gələndən sonra əlimizdən gələni etməyə başladıq. Bu proses 2015-ci ilin yayında başlayıb. Pentaqon bizim Suriyada "destruktiv uğur" deyə qiymətləndirdiyimiz ssenari üçün qurumlar arası koordinasiyaya start verdi".
E. Exum qeyd edib ki, Obama Əsəd rejiminin qəflətən devrilməsinin həm Suriyada qeyri-müəyyənliyə səbəb olmasından, həm də İsrailin təhlükəsizliyini təhlükəyə atılmasından narahat idi: "Buna görə, Obama Əsəd rejimi devrilməsin deyə Rusiya ilə təmasa keçilməsi ilə bağlı tapşırıq verdi. Nəticədə Əsəd rejimi devrilmədi".
azadinform