Rostovda partlayış - ölənlər var
Rostovda partlayış - ölənlər var
12 May 2019 14:14 DünyaRusiyanın Rostov vilayətinin Kamensk rayonunda yaşayış binasında qaz partlaması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, ikimərtəbəli binada baş vermiş hadisə nəticəsində üç mənzil tamamilə dağılıb. Ölənlərdən biri 9 yaşlı qızdır. Partlayışdan sonra sakinlər təxliyyə olunub.
Qəzadan sonra Rostov vilayətində fövqəladə vəziyyət elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31