Ermənistandan Rusiyaya gələn avtobus aşdı

Ermənistandan Rusiyaya gələn avtobus aşdı

Ermənistandan Rusiyanın Omsk şəhəri istiqamətinə hərəkət edən avtobus Stavropol diyarında aşıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Qəza bu gün səhər Sovetski şəhər dairəsində Nina yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Məlumata görə, Yerevandan gələn "Nissan Elgrand" markalı mikroavtobusda səkkiz nəfər olub, onlardan üçü xəsarət alıb.

Avtobusun bütün sərnişinlərinin Ermənistan vətəndaşı olduğu məlum olub. Hadisə yerində fövqəladə hallar xidmətinin nümayəndələri gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31