İndoneziyada məhbuslar həbsxanada yanğın törədərək oradan qaçıblar
İndoneziyada məhbuslar həbsxanada yanğın törədərək oradan qaçıblar
11 May 2019 20:52 Dünyaİndoneziyanın Sumatra adasında yerləşən Siak-Sri-İndrapura şəhərində qiyamdan sonra ən azı 34 məhbus həbsxanadan qaçıb.
İğtişaşlar polisin məhbuslardan birini həbsxanada narkotik istifadə etdiyinə görə saxladığından sonra baş verib. Cavab olaraq məhbuslar yerli vaxtla şənbə günü 02:00-da həbsxananı yandırıblar və təhlükəsizlik xədmətinin əməkdaşlarını daşlayıblar, 34 məhbus qaçmağa nail olub.
Həbsxanada baş verən yanğın söndürülüb, məhbuslar təxliyə edilir.
Polis rəisi Əhməd David bildirib: "Məlumatımıza görə, 495 məhbus hələ də həbsxanadadır, biz 119 nəfəri təxliyə etmişik".
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31