Saakaşvili Floridada ev aldı - Gürcü KİV
Saakaşvili Floridada ev aldı - Gürcü KİV
11 May 2019 20:41 DünyaGürcüstanın eks-prezidenti Mixail Saakaşvili özünə Floridada ev alıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Saakaşvilinin sosial şəbəkələrdə yayılan telefon danışığına istinadən məlumat verib.
Səs yazısında Saakaşvilinin dayısı Temur Alasaniya ilə danışığı əks olunub. Tərəflər telefon danışığında yeni evdən açılan mənzərəni, bağı və evin təhlükəsizlik məsələlərini müzakirə edib.
Qeyd edək ki, Saakaşvili hazırda Hollandiyada yaşayır. O, daima çıxışlarında maddi vəziyyətinin pis olmasından şikayətlənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31