Nazarbayev türk milyarderə orden verdi
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovu I dərəcəli “Dostluq” ordeni ilə təltif edib.
11 May 2019 16:57 DünyaQazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovu I dərəcəli "Dostluq" ordeni ilə təltif edib.
Axar.az xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat xidməti məlumat yayıb.
Usmanova bu orden Rusiya və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə təqdim edilib.
Qeyd edək ki, Usmanov Rusiyanın ən zəngin adamlarından biridir. Onun Mərkəzi Asiyanın hakim elitası, xüsusilə də Özbəkistanın rəsmi şəxsləri ilə yüksək əlaqələri mövcuddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31