İspaniya Venesuelanın eks-nazirini həbs etdi
İspaniya Venesuelanın eks-nazirini həbs etdi
11 May 2019 15:40 Dünyaİspaniya polisi Venesuelanın keçmiş Elektroenergetikanın İnkişafı naziri Xavyer Alvarado Oçoanı ABŞ-ın orderi əsasında həbs edib.S
Bu barədə"Assoşeyted Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ onu PDVSA şirkətiylə əlaqədar çirkli pulların yuyulmasında ittiham edir.
Oçoanın Madrid yaxınlığında saxlanıldığı vurğulanıb. Onun ABŞ-a ekstradisiya məsələsi həll edilən qədər həbsdə saxlanılacağı qeyd edilib.
ABŞ-la bərabər Portuqaliya, Andorra və İspaniya da Alvaradonu çirkli pulların yuyulmasında ittiham edir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31