Müharibə qəhrəmanı olan keçmiş kral vəfat etdi
Luksemburqun keçmiş böyük hersoqu Jan 98 yaşında vəfat edib.
23 Aprel 2019 12:23 DünyaLuksemburqun keçmiş böyük hersoqu Jan 98 yaşında vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Luksemburq böyük hersoqu Anrinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, böyük hersoq Jan İkinci Dünya müharibəsinin aktiv iştirakçısı olub. O, Normandiya və Brüsselin azad edilməsində yaxından iştirak edib. 1964-cü ildə anası Şarlottanın taxtdan çəkilməsindən sonra Jan hakimiyyətə gəlib. O, 2000-ci ilə qədər Luksemburqun böyük hersoqu olub.
Onu bu vəzifədə böyük hersoq Anri əvəz edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31