Almaniyada nüvə tullantılarının daşınmasına etiraz: üç nəfər saxlanılıb-ÖZƏL
12:06 DünyaAlmaniyada ətraf mühit fəalları nüvə tullantılarının daşınmasına etiraz olaraq magistral yolda nəqliyyatın hərəkətini dayandırıblar.
Olaylar.az xəbər verir ki, hadisə Şimali Reyn-Vestfaliya əyalətinin Dorsten şəhəri yaxınlığındakı A31 magistralında baş verib.
Polisin məlumatına görə, hadisə ilə əlaqədar üç nəfər saxlanılıb. Etirazçılar Şermbek qovşağı yaxınlığındakı körpüdən iplər və dırmanma avadanlıqları vasitəsilə eniblər. Onlardan etiraz şüarları yazılmış banner də götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31