FT: Starlink-dəki fasilələr Ukrayna ordusunun fəaliyyətini çətinləşdirib-ÖZƏL
12:59 DünyaStarlink peyk internetinin işində yaranan məhdudiyyətlər Ukrayna Silahlı Qüvvələrini xəbərdarlıq edilmədən yaxalayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Adı açıqlanmayan ukraynalı rəsminin sözlərinə görə, məhdudiyyətlər cəbhə xəttində logistika və orta mənzilli zərbələr endirmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Qəzetin məlumatına görə, Starlink terminallarından istifadə edən Ukrayna dronları saatda 160 kilometrdən yüksək sürətlə hərəkət edərkən rabitə kəsintiləri ilə üzləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31