Nazarbayevdən prezidentliyə namizəd təklifi
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev hazırkı dövlət başçısı Qasım Jomart Tokayevin ölkə prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsini təklif edib.
23 Aprel 2019 10:54 DünyaQazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev hazırkı dövlət başçısı Qasım Jomart Tokayevin ölkə prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsini təklif edib.
Axar.az xəbər verir ki, bunu Nazarbayev hakim Nur Otan Partiyasının qurultayında çıxışı zamanı deyib.
Qeyd edək ki, Nazarbayev martın 20-də öz vəzifəsini Senatın sədri Tokayevə təhvil verərək, prezidentlikdən istefa verib. Bundan sonra ölkədə növbədənkənar prezident seçkisi təyin edilib.
Seçki iyunun 9-da keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31