İngilis dili müəllimi İsa peyğəmbər olduğunu iddia edir
İngilis dili müəllimi İsa peyğəmbər olduğunu iddia edir
23 Aprel 2019 10:51 DünyaTürkiyənin Antalya şəhərinin Serik kəndində özünü İsa peyğəmbər adlandıran şəxs peyda olub.
Orta məktəbdə ingilis dili müəllimi işləyən Türkiyə vətəndaşı dərs zamanı şagirdlərinə "Mən həzrəti İsayam" deyə səslənib.
Adı açıqlanmayan müəllim məktəblilərə psixoloji təsir edərək özünü peyğəmbər kimi tanıtmağa çalışıb. O, hətta qiyamət gününün nə vaxt olacağını bildiyini deməklə bütün diqqətləri üzərinə çəkib.
Məsələdən xəbərdar olan valideynlər müəllimdən məktəb rəhbərliyinə şikayət ediblər. O, dərhal işdən çıxarılıb, barəsində araşdırma başlanıb.
azvision
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31