Türkiyənin Sürixdəki Baş Konsulluğuna hücum oldu
Naməlum şəxslər Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş Konsuluğuna hücum ediblər.
22 Aprel 2019 17:37 DünyaNaməlum şəxslər Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş Konsuluğuna hücum ediblər.
"Haber7" xəbər verir ki, bunu Baş konsul Asiye Nurcan İpekçi bildirib.
Onun sözlərinə görə, naməlum şəxslər Baş Konsulluğun binasına "Molotov kokteyli" atıblar.
Baş konsul bildirib ki, polis hücumla əlaqədar 3 gənci saxlayıb: "İndiyədək həmin adamlar haqqında məlumat verilməyib. Qarşıdan gələn günlərdə məsələyə aydınlıq gətiriləcəyini düşünürük".
Hələlik hadisənin məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.
Məlumata görə, son 2,5 ildə Türkiyənin Sürixdəki Baş Konsulluğunun binası 6 dəfə hücum olub.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31