Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğluna hücum olub.
Axar.az xəbər verir ki, hücum Ankaranın Çubuk bölgəsində baş verib.
Ankaranın bələdiyyə sədri Mənsur Yavaşla şəhidin dəfninə qatılan Kılıçdaroğluna bir qrup şəxs hücum edib. Hücum edən şəxslər "PKK bayıra" şüarları səsləndiriblər.
Kılıçdaroğlunun qaldığı ev də daşa basılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31