Polşa çimərlikdə tapılan PUA qalıqlarının mənsubiyyətini açıqlayıb-ÖZƏL
16:34 DünyaPolşa Müdafiə Nazirliyi Baltik dənizi sahilində tapılan naməlum uçan obyektin qalıqlarının ölkəyə məxsus pilotsuz uçuş aparatı (PUA) olduğunu təsdiqləyib. Olaylar.az xəbər verir ki, RMF24 radiostansiyasının məlumatına görə, aparat Hərbi Hava Qüvvələrinin Hərbi Texniki İnstitutuna məxsus sınaq PUA-sı olub. Hadisə təlimlər zamanı baş verib.
Daha əvvəl ərazidə qalıqları aşkar edən şəxs polisə məlumat verib. Hadisə yerinə bomba zərərsizləşdirmə mütəxəssisləri, hərbçilər və kəşfiyyat əməkdaşları cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31