ABŞ-ın Florida ştatının polisi iki məktəbli qızı həbs edib.
Trend-in məlumatına görə, polis məktəbliləri hücum hazırlamaq niyyətində ittiham edir. Məktəblilərin müəllimi onlarda yazılı qovluq tapıb. Yazılardan bəlli olub ki, onlar 9 nəfəri öldürməyi planlaşdırırdı.
Tutulan 14 yaşlı qızların adları açıqlanmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31