Zelenskinin arvadının adı siyahıdan çıxarıldı
21 Aprel 2019 12:54 DünyaUkraynanın "Mirotvoreç" saytı öz bazasından Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin həyat yoldaşının adını silib.
Bu məlumatı "Ren TV" yayıb.
Qeyd edək ki, bundan öncə sayt Zelenskinin həyat yoldaşını qeyri-qanuni birləşmələrin informatoru kimi tanımışdı.
"Mirotvoreç" saytı özünün qalmaqallı məlumatları ilə məşhurdur. Sayta əsasən, ölkə ərazisindəki qondarma respublikalara yardım edənlərin, qondarma respublikanın döyüşçülərinin, vətən xainlərinin, eləcə də Krıma qanunsuz səfər edənlərin adları yüklənilir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31