Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə getdi
Futbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə gedib.
20 Aprel 2019 22:29 DünyaFutbol həvəskarı olan bəy toyundan çıxıb matç izləməyə gedib.
Moderator.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, Kütahyanın Dovşanlı rayonunda Şuhadı Qocaqırla ailə həyatı quran Əhməd Qocaqır toyundan dostlarıyla birlikdə tərəfdarı olduğu Göbel Gencliksporun oyununu izləməyə gedib.
Bildirilir ki, futbol matçının tarixi toy gününə təsadüf etdiyindən o, toyunu müvəqqəti dayandırıb sevdiyi komandanın matçında iştirak edərək, ona dəstək olub. Əhməd Qocaqır deyib ki, onun üçün ən xoşbəxt gün sevdiyi komandanın qalib gəlməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31