Dariqa Nazarbayeva seçkidən danışdı: “Bu 3 məsələ...”

Qazaxıstan Parlamenti Senatının spikeri Dariqa Nazarbayeva qurumun plenar iclasında qarşıdan gələn növbədənkənar prezident seçkisi barədə danışıb.

Qazaxıstan Parlamenti Senatının spikeri Dariqa Nazarbayeva qurumun plenar iclasında qarşıdan gələn növbədənkənar prezident seçkisi barədə danışıb.

Teleqraf.com xəbər verir ki, o deyib:

"Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev növbədənkənar seçki keçirilməsi barədə fərman imzalayıb. Əminəm ki, bu, doğru və vaxtında verilmiş qərardır. Fərman bizim cəmiyyətin çoxsaylı suallarına cavabdır. Qazaxıstanlılar daha çox nəyi qiymətləndirirlər? Sülhü və əmin-amanlığı, iqtisadi sabitliyi.

Məhz buna görə cəmiyyət Elbaşının strateji kursunun davamlılığının legitim təsdiqlənməsini gözləyir".

Onun sözlərinə görə, qarşıdan gələn seçki Qazaxıstan cəmiyyətinin müdrikliyini və yetkinliyini sübut edəcək: "Bu seçki vətənimiz üçün yeni impuls və tərəqqinin daha bir təcəssümü olacaq".

Dariqa Nazarbayeva sonda qeyd edib ki, hazırda əsas vəzifə ədalətli, qanuna uyğun və şəffaf seçkinin keçirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31