ABŞ ilk dəfə tətbiq etdi: Türkiyənin adı qarşısına “K” qoyuldu
ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində ölkələri qarşısında yazılan həriflərlə onların hansı dərəcədə təhlükəli olmasını nəzərdə tutan sistem işə başlayıb.
11 Aprel 2019 11:34 DünyaABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində ölkələri qarşısında yazılan həriflərlə onların hansı dərəcədə təhlükəli olmasını nəzərdə tutan sistem işə başlayıb.
Yeni sistemdə ilk dəfə istifadə edilən "K" hərifi Türkiyəyə qarşı tətbiq edilib.
Türkiyənin adı qarşısında "K" hərfinin qoyulması isə bu ölkədə "ABŞ vətəndaşlarının oğurlana bilməsi" xəbərdarlığı hesab olunur.
Yeni sistem əsasən ABŞ vətəndaşları üçün təhlükəsiz ölkələrin siyahısını müəyyən etmək məqsədi güdür.
35 ölkənin adı qarşısında "K" hərifinin yazılacağını qeyd edən ABŞ rəsmiləri bu siyahıda Filippin, Rusiya, Pakistan, Suriya, İraq, İran Keniya, Venesuela və Pakistan kimi ölkələrin də olacağını qeyd ediblər.
Yeni sistemdə adı qarşısında "T" hərifi yazılan ölkələrdə terrorizm, "N" hərfi yazılan ölkələrdə təbii fəlakət, "U" hərifinin yazıldığı ölkələrdə isə qiyamların ola biləcəyini işarət edir.
teleqraf