Türk rejissorun xanımı Azərbaycan hakimiyyətinə müraciət etdi - "Bu insanı Allaha həvalə edirəm"

11 il öncə həyatını itirən məşhur türk rejissor Osman Yağmurderelinin həyat yoldaşı Esin Yağmurdereli Azərbaycan hakimiyyətinə müraciət ünvanlayıb.

11 il öncə həyatını itirən məşhur türk rejissor Osman Yağmurderelinin həyat yoldaşı Esin Yağmurdereli Azərbaycan hakimiyyətinə müraciət ünvanlayıb.

Olaylar.az bildirir ki, buna səbəb azərbaycanlı dayənin Yağmurderelinin evindən qızıl-zinət əşyaları oğurlaması olub. 

Rejissorun xanımı işədüzəltmə agentliyinin vasitəsilə Azərbaycan vətəndaşı olan dayə tutub.

Dayə oğurluğun baş tutması üçün  Yağmurderelinin çayına dərman tökərək, onu yatızdırıb. 

Həmyerlimizin Azərbaycana qayıtdığını bildirən Yağmurdereli Azərbaycan hakimiyyətinə müraciət ünvanlayıb:

"Mən bu insanı Allaha həvalə edirəm. Şübhəsiz ki, bu dünyada cəzasını çəkəcək. O, Azərbaycana getdi. Mən Azərbaycanda ən tanınmış insanlarla əlaqə saxladım. Orada lazımi cəzasını çəkməsi üçün çalışıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31