Kiyevdə azərbaycanlılar biznesmeni güllələdi

Kiyev polisi aprelin 9-da şəhərin Kaxovsk küçəsində travmatik tapançadan biznesmenə atəş açan beş əcnəbini yaxalayıb

Kiyev polisi aprelin 9-da şəhərin Kaxovsk küçəsində travmatik tapançadan biznesmenə atəş açan beş əcnəbini yaxalayıb.

Saxlanılan şəxslərdən dördü Azərbaycan, biri isə Gürcüstan vətəndaşıdır.

Onlar hadisə yerindən qaçdıqları avtomobildə saxlanılıblar.

Saxlanılan şəxslərə qarşı əvvəlcədən bir qrup şəxslə əlbir olaraq xuliqanlıq etmə maddəsi ilə ittiham irəli sürülüb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31