Sudanda ordu prezidenti devirib - Yenilənib

Sudanda ordu hərbi çevriliş edib.

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır

Hərbi çevriliş nəticəsində Sudan Prezidenti Ömər əl-Bəşir hakimiyyətdən devrilib.

Məlumatı "Al-Arabiya" televiziyası yayıb.

Ömər əl-Bəşir ev dustaqlığında saxlanılır, onun mühafizəçisi həbs olunub.

"Al-Hadath" telekanalının məlumatına görə, minlərlə insan küçələrə çıxaraq, Ömər əl-Bəşir rejiminin sona çatmasını bayram edir.

***
09:45

Sudanda ordu hərbi çevriliş edib.

"Lenta.ru" xəbər verir ki, bu barədə "Al-Mayadin" telekanalı məlumat yayıb.

Hərbçilər Prezident Ömər əl-Bəşirin vəzifədən uzaqlaşdırıldığını, səlahiyyətlərinin əlindən alındığını və hökumətin buraxıldığını elan edib. Prezident iqamətgahı hərbçilər və zirehli texnika ilə mühasirəyə alınıb.

Hərbçilər Sudanda bir müddətdir hakimiyyəti ələ keçirməyə çalışırdılar.(report.az)

Rusiya ordusunu bu ərazilərdən GERİ ÇƏKİR - Ərdoğan istədi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31