Qalaktikadakı nəhəng qara dəliyin İLK FOTOSU
11 Aprel 2019 05:53 DünyaAlimlər tərəfindən dünyamızdan 3 milyon dəfə böyük olan nəhəng bir qara dəliyin fotosu çəkilib.
24News.ge xarici mediaya istinadla xəbər verir ki, uzaq bir qalaktikanın mərkəzindəki qara dəliyin fotosu ilk dəfədir ki, əldə edilir.
40 milyard kilometrlik ölçüsü ilə Yerdən 3 milyon dəfə böyük olan nəhəng qara dəliyi alimlər "əjdaha" adlandırırlar. Dünyadan 500 bin katrilyon kilometr uzaqda olan qara dəliyin fotosunu çəkmək üçün dünyanın fərqli bölgələrində 8 teleskopdan istifadə edilib.
Foto ilə bağlı geniş məlumat "The Astrophysical Journal Letters" jurnalında yayımlanıb. Nəhəng qara dəliyin fotosunu çəkmə təklifi Hollandiyadakı "Radboud" universitetinin professoru Heyno Felk tərəfindən edilib. BBC-yə açıqlama verən alim bu qara dəliyin Virqo qalaktika toplusundakı M87 adlı qalaktikada olduğunu bildirib.