ABŞ “Patriot” verməsə, Rusiya ilə daha bir saziş bağlayacağıq – Çavuşoğlu

Əgər ABŞ Türkiyəyə “Patriot” raketlərinin çatdırılmasından imtina edərsə, Ankara Rusiya ilə S-400 zenit-raket kompleksinin alqı-satqısına dair daha bir müqavilə bağlaya bilər.

Əgər ABŞ Türkiyəyə "Patriot" raketlərinin çatdırılmasından imtina edərsə, Ankara Rusiya ilə S-400 zenit-raket kompleksinin alqı-satqısına dair daha bir müqavilə bağlaya bilər.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

NTV telekanalına verdiyi müsahibədə xarici işlər naziri bildirib:

"Əgər ABŞ bizə "Patriot" satmaq istəmirsə, biz ikinci S-400 kompleksi və digər hava hücumundan müdafiə sistemləri ala bilərik".

Daha öncə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiyanın raket əleyhinə müdafiə sistemlərinə dair təklifi ABŞ-ın təklifinə nisbətən daha sərfəlidir. Dövlət başçısı Rusiya zenit-raket kompleksinin çatdırılmasının iyuldan əvvəl həyata keçirilə biləcəyini də istisna etməyib.

teleqraf

“Fürsət gözləyirik” – Kremldən şok Türkiyə açıqlaması

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31