Zoqrabyan hökumətdən hesabat tələb edir 10 min ixtisar

Ermənistan parlamentinin insan haqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri, "Çiçəklənən Ermənistan" partiyasından olan deputat Naira Zoqrabyan 10 min insanın ixtisara salınmasının ölkənin maraqları üçün hansı məna kəsb etdiyini anlamadığını bildirib. Bu barədə Sutnik Armeniya yazır. Belə ki, Zoqrabyan sabiq ədliyyə naziri Arpine Ovannisyanın dərc etdirdiyi sənədi facebook vasitəsi ilə ictimailəşdirilməsindən sonra bunları deyib.

"Bu məsələ bizi narahat edir. Düşünürəm ki, sabah hökumət saatında həmin məsələ qaldırılmalıdır", deyən Zoqrabyan əlavə edib ki, 10 min insanın ixtisara salınmasının dövlət maraqları üçün hansı məna kəsb etməsi də izah edilməlidir. Onun sözlərinə görə, həm vitse-siker, həm də nazir işsizliklə ölkənin maraqları arasında hansı fərqin olduğunu deməlidirlər, eləcə də hökumət də bu məsələ barədə açıq danışmalıdır.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31