Rusiya sürətlə müsəlmanlaşır - Qaynutdin
5 Mart 2019 15:35 DünyaYaxın gəlcəkdə Rusiyanın müsəlman əhalisinin sayı artacaq.
Bunu Rusiyanın Müftilər Şurasının sədri Ravil Qaynutdin "Rusiyada İslam Tarixi" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 15 il ərzində Rusiyada əhalinin 30%-ni müsəlmanlar təşkil edəcək.
O, ildən-ilə Rusiyada islama qoşulanların sayının artdığını bildirib.
Qaynutdin Qurban bayramı ilə bağlı dini mərasimə ötən il Moskvada rekord sayda - 320 min nəfərin qatıldığını söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31