Rusiya XİN-in nümayəndəsi Çexiyaya buraxılmayıb
5 Mart 2019 15:34 DünyaRusiya nümayəndə heyətinin tərkibində Çexiyaya rəsmi səfərə gedən XİN-in nümayəndəsi bu ölkəyə buraxılmayıb.
"RİA Novosti"nin məlumatına görə, diplomat martın 6-da baş tutacaq Rusiya-Çexiya hökumətlərarası komissiyasının iqtisadi, sənaye və elmi-texniki əməkdaşlıq üzrə iclasında iştirak etməli imiş.
Çexiya mətbuatı yazır ki, adı açıqlanmayan rəsmi şəxs təhlükəsizlik səbəblərinə görə Praqaya buraxılmayıb.(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31