İvanişvilinin Kremlə vədi: İrəvana yol açılır?
5 Mart 2019 15:29 Dünyaİvanişvili gərək Rusiyaya verdiyi vədləri icra etsin və bu vədlərdən biri də Anakliya limanıyla bağlıdır.
Bunu "Aliya" qəzetinə müsahibəsində Gürcüstan parlamentinin keçmiş deputat Valeriya Qelbaxiani deyib.
"İvanişvili hakimiyyətə gəldiyi gündən indiyə qədər Rusiyaya vəd verir ki, Abxaziyadan keçən dəmiryolunu açacaq. Bu yol isə Ermənistana qədər uzanacaq. Ona görə də Abxaziyadakı dəmiryolları yenilənməlidir. Ermənistanda hakimiyyətə başqa hökumət gəlib. Əlbəttə ki, əgər Rusiya Ermənistanda öz vədlərini icra etməsə, bu, İrəvanın xətrinə dəyəcək və o, Moskvadan üz çevirəcək. Buna uyğun olaraq, Rusiyanın qarşısında Ermənistanı əldən buraxmamaq məsələsi dayanır. Belə ki, Rusiyanın burada öz qoşunları var və o, bunun vasitəsilə Ermənistanı və Yaxın Şərqi nəzarətdə saxlayır. Ona görə də Moskva erməniləri razı salmağı bacarmalıdır. Əgər dəmiryolu yerinə Anakliya limanının tikintisi başlayırsa, bu o deməkdir ki, dəmiryolu ilə bağlı verilən vədlər icra edilməmiş olaraq qalır və Gürcüstan, yəni Bidzina İvanişvili Rusiyanı aldadır. Ona görə də İvanişvilinin ikili öhdəliyi var. Bir tərəfdən o, Anakliya limanının tikilməyəcəyini sübut etməli, ikinci tərəfdən isə o, yenidən deməlidir ki, Rusiya Gürcüstanda dəmiryolunun açılması üçün situasiyanı özü yaratmalıdır", - deyə o bildirib.
Onun sözlərinə görə, İvanişvilinin maraqlarının icrası üçün Rusiya ilə danışıqlara təkcə Abaşidze yox, həm də digər şəxslər də cəlb ediləcək. Keçmiş deputat İvanişvilinin Moskvada hələ də ciddi biznesinin olduğunu bildirib:
"Bunun necə idarə ediləcəyi bilinmir. Bilinən tək odur ki, Rusiya ilə görüşə səfir olaraq təkcə Abaşidze yox, digər nümayəndələr də göndəriləcək. Belə ki, İvanişvilinin Moskvada hələ də ciddi biznesi qalmaqda davam edir və onun Moskvada nümayəndələri işlərini icra edirlər. Böyük ehtimalla Rusiya hökuməti əlaqəni Abaşidze yerinə İvanişvilinin nümayəndələri ilə quracaq. Yəni Abaşidze poçtalyon kimi gəzəcək. Rəsmi və açıq danışıqlar yerinə daha çox gizli görüşlər olacaq".
axar