İnsan gözü qaranlıqda da aydın görəcək – Yeni texnologiya

Çin alimləri infraqırmızı diapazonda insanın qaranlıqda görməsini təmin edən texnologiya icad ediblər. Yeni texnologiya gecə görmə cihazlarının effektini verir.

Olaylar.az bildirir ki, yeni cihazdan istifadə etmək üçün kiçik nanohissəciklərin nazik təbəqəsini gözün retinasına yerləşdirmək və fotoreseptorların adətən görmə spektrinin arxasında yerləşən infraqırmızı şüalanmaya reaksiyasını təmin etmək kifayətdir.

Çinin Elmi Texniki Universitetinin alimlərinin hazırladıqları bu texnologiya siçanlar üzərində sınaqdan keçirilib.

Görünməyən infraqırmızı şüaları qəbul etməyə qadir olan siçanların gözləri preparatın yerləşdirilməsindən sonra bir neçə həftə ərzində bu effekti qoruyub saxlaya bilib. Onların görmə qabiliyyətində heç bir kənar effekt müşahidə olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31