Texnologiya nəhəngləri istilik enerjinin inkişafına $12,5 milyonluq sərmayə yatırıb

Jeff Bezos, Bill Gates və Jack Ma tərəfindən maliyyələşdirilən Breakthrough Energy Ventures fondu, Baseload Capital investisiya layihəsinə 12,5 milyon dollar sərmayə yatırıb.

Olaylar.az bildirir ki, Baseload Capital - atmosferdəki istixana effekti ilə mübarizə aparan və bərpa olunan enerji layihələrini maliyyələşdirən özəl investisiya şirkətidir. 

Şirkət, Climeon İsveç layihəsinin texnologiyasından istifadə edərək, digər şirkətlərə geotermal elektrik stansiyalarının tikintisi üçün kapital qoyuluşları təqdim edir.

Həcmi təxminən iki kubmetr olan Climeon modulları Avropanın 250 ev təsərrüfatını təmin edə biləcək 150 kVt elektrik enerjisi istehsal edə bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31