Klinton ABŞ prezidentliyi üçün mübarizəni dayandırdı
5 Mart 2019 11:44 DünyaABŞ-ın keçmiş dövlət katibi və sabiq birinci xanımı Hillari Klinton heç bir seçkidə iştirak etməyi planlaşdırmır.
Olaylar.az bildirir ki, "CNN" telekanalında yayılan məlumata görə, Klinton 2020-ci ildə ABŞ prezidenti postuna namizəd olmaq niyyətində deyil.
Qeyd edək ki, ABŞ-ın keçmiş dövlət katibi 2016-cı il prezident seçkilərində iştirak edib. Lakin seçkilərdə Respublika partiyasının nümayəndəsi Donald Tramp qələbə qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31