İrandan təhdid kimi AÇIQLAMA: “Səbrimiz daşmaq üzrədir”

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsi ilə bağlı ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu və tərəfdaşlarının iddialarına sərt cavab verib.

Xarici işlər naziri bu ölkə rəhbərlərinin İranın nüvə silahından istifadə ilə bağlı qaydaları pozması ifadələrinin onların səbrini daşırdığını deyib.

"Netanyahu, Tramp və ortaqlarının İran haqqında irəli sürdüyü yalanların əksinə Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə olduğu kimi bu dəfə də sözümüzə əməl etdiyimizi təsdiqlədi. Agentlik ABŞ-ın qanunsuz şəkildə pozduğu nüvə anlaşmasına uyğun hərəkət etdiyimizi açıqlayıb".

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano Vyanada keçirilən tədbirdə çıxışı zamanı İranın Birgə hərtərəfli iş Planına əsasən, nüvə proqramı çərçivəsində öhdəliklərini yerinə yetirdiyini açıqlamışdı.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31