Amerikalı turistlər qəzaya düşdülər
4 Mart 2019 22:36 Dünya
Keniyada Turkana gölündə yerləşən adada vertolyot qəzası baş verib.
"Olaylar" "Qafqazinfo"ya istinadən xəbər verir ki, nəticədə 4 amerikalı turist və yerli pilot ölüb. Lobolo düşərgəsindən havaya qalxan 2 vertolyotdan biri ilə əlaqə kəsilib. Onlardan biri uçuşdan dərhal sonra düşüb. Axtarış-xilasetmə əməliyyatları nəticəsində vertolyotun qalıqları tapılıb.
Qəzanın səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31