Rus ordusu Ukraynaya girsə... - General
4 Mart 2019 18:28 DünyaRusiya Ukrayna ilə sərhədə ordu yığır ki, Ukrayna ictimaiyyətini və Avropanı qorxutsun.
Bunu "Apostrof" saytına açıqlmasında Ukrayna Xarici Kəşfiyyat Xidmətinin ehtiyatda olan general-leytenantı Vasili Boqdan deyib. Onun sözlərinə görə, Putin hərbi gücünü nümayiş etdirməyə, bununla da Ukrayna elektoratına təsir etməyə çalışır:
"O, yaxşı başa düşür ki, Ukrayna ordusunun hərbi texniki, peşəkar və mənəvi potensialı artıb. Artıq hər şey aydın olmağa başlayır ki, Qərb kütləvi hücum zamanı bir tərəfdə dayanmayacaq. Rusiya Ukraynada aqressiya tətbiq etməklə özünü daimi dalana dirəyib".
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31