MAQATE-dən Trampa ŞOK: İran sazişə əməl edir

Tehran İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planı (SVPD) çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə davam edir.

Bu haqda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Yukiya Amano bildirib.

"İran Birgə hərtərəfli iş Planına əsasən, nüvə proqramı çərçivəsində öhdəliklərini yerinə yetirir. Əhəmiyyətlidir ki, İran bu öhdəlikləri tamamilə yerinə yetirməyə davam etsin", - o, MAQATE-nin Şura İclasında deyib.

Qeyd edək ki, İran və "altılıq" adlanan beynəlxalq vasitəçilərdən ibarət qrup (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) 14 iyul 2015-ci ildə İranın atom probleminin nizama salınması haqqında tarixi razılaşmaya nail olub və Birgə hərtərəfli iş Planı qəbul edilib. Plan BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.

Lakin sazişi "ABŞ tarixinin ən pis razılaşması" adlandıran prezidenti Donald Tramp ötən ilin mayında Vaşinqtonun sazişi tərk etdiyini bəyan edib. Bundan sonra isə ABŞ-ın İrana qarşı sanksiyaları bərpa olunub. Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya İranla sazişin şərtlərinə riayət edəcəyini açıqlayıb.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31