İranla Ermənistan arasında 300-dən çox adda məhsul idxal və ixrac olunacaq
4 Mart 2019 18:21 DünyaSərbəst ticarətə dair razılaşma ratifikasiya olunduqdan sonra İranla Ermənistan arasında 300-dən çox adda məhsul idxal və ixrac olunacaq.
Bunu Ermənistanın iqtisadi inkişaf və sərmayə üzrə naziri Tiqran Xaçatryan martın 4-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu zaman sərhəddə çox cüzi məbləğdə rüsum ödəniləcək.
Nazir qeyd edib ki, yaxın günlərdə İran tərəfi sənədi ratifikasiya edəcək. Xaçatryanın sözlərinə görə, bu, idxal edilən yanacaq rüsumuna təsir etməyəcək.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31