Qədim katakomblar xilas olundu - FOTO
4 Mart 2019 17:13 DünyaMisirin İsgəndəriyyə şəhərinin yaxınlığında dəniz suyunun altında qalmaq təhlükəsi ilə üzləşmiş katakomblar fəlakətdən xilas olunub.
Bu katakombların 2 min ildən artıq yaşı var.
Misirin ən məşhur tarixi abidələrindən olan Kom əl Şükafa ölkədə Qədim Yunanıstan və Roma dönəmlərindən qalmış ən böyük tarixi abidə sayılır. Katakomblar 1900-cı ildən bəri subasma təhlükəsi ilə üzləşmişdi.
Eramızdan əvvəl 4-1-ci əsrlərdə istifadə olunmuş katakomblar Qədim Misir, Qədim Yunanıstan və Qədim Roma incəsənət ənənələrinə uyğun bərpa olunub.
Xilasetmə proqramı çərçivəsindəki drenaj işlərinə ABŞ-ın USAİD agentliyi dəstək olub.
Milli.Az




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31