“Türk Hava Yolları” səyahət rahatlığını dəyişir

Qonaqlarını unudulmaz səyahət təcrübəsi ilə təmin edən "Türk Hava Yolları" aviaşirkəti sərnişinlər üçün yeni dizaynda "Yataq dəsti" təqdim edib.  THY-nin Bakı ofisindən "OLAYLAR"-a bildirilib ki,  yeni yataq kolleksiyası biznes sinif sərnişinlərinə buludların üzərində olarkən özlərini evdəki kimi hiss etmələrini təmin edəcək.

"Türk Hava Yolları" və "Zorlu Tekstil" şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində nüfuzlu dizaynerlərin imzasını daşıyan kolleksiyanın məqsədi yatmaq üçün sağlam və yüksək keyfiyyətli mühit yaratmaqdır.

Zərif xətləri rahatlıqla birləşdirən yeni dəstin bütün parçaları sərnişinlərin uçuşlarını xoşbəxt və sağlam vəziyyətdə başa çatdırmaq üçün onların rahatlıq gözləntilərini qarşılayır. Kolleksiyanın yeni dizaynı "Türk Hava Yolları"nın  dinamik marka fərdiliyini təmsil edən "Flow" fəlsəfəsini əks etdirir. Kolleksiyanın materialları müasir və minimalist dizayna üstünlük verməklə onların komfortu və yuxuya kömək edə bilməsi üçün seçilib. Kolleksiyanın naxışları, həmçinin görünüşü yeni kabin formasını və interyeri xatırladır.

"Flow yataq dəsti"nə yorğan, döşək və yastıq daxildir. Məhsul 4 fəsil ərzində ideal temperaturu saxlamağa malikdir. Bundan başqa, həm oturmaq, həm də yatmaq üçün istifadə oluna bilən yastıq rahat materialdan ideal ölçü və klassik formada hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31