İsrail ordusu daha 24 fələstinlini saxlayıb

İsrail qüvvələri işğal altındakı Şərqi Qüds və Qərbi Şəriyədə 24 fələstinlini saxlayıb.

Olaylar.az bildirir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, fələstinlilərin saxlanmasına səbəb olaraq  Qərbi Şəriyənin müxtəlif bölgələrinə gecə basqınlarında "terror hərəkətlərinə qarışdıqları" iddiası göstərilir.

Fələstinlilərin sorğulanmaq üzrə bölgədəki nəzarət mərkəzinə sövq edildiyi ifadə edilib.

Qeyd edək ki, Fələstin rəsmi qaynaqlarında yer alan məlumata görə İsrail həbsxanalarında təxminən 6 min fələstinli saxlanılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31