Kəşmirdə gərginlik davam edir - Sərhəddə qarşılıqlı atışma

Pakistan və Hindistan əsgərləri Kəşmir Nəzarət Xəttində qarşılıqlı atəş açıb. 

Olaylar.az bildirir ki, hind rəsmilərinin məlumatına görə Pakistan qüvvələri  Kəşmirin Aknur bölgəsini ağır silahlarla vurub. Hindistan qüvvələri də bu hücuma qarşılıq verib.

İki ölkə sərhədində intensiv qarşıdurma 3 saatdan çox davam edib. Hindistan tərəfində ölən və yaralanan olmadığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31