Maskalı 50 nəfərlik qrup Yunanıstanda Türkiyənin Selanik Baş Konsulluğunu qoruyan yunan polislərə molotov kokteyli və daşlarla hücum edib.
Olaylar.az bildirir ki, atılan molotov kokteylləri 4 maşının yanmasına səbəb olub.
Təcavüzkar qrupun polislə qarşıdurmasında 15 nəfər saxlanılıb, 3 nəfər isə həbs olunub.
Qrupun digər üzvləri hadisə yerindən qaçmağı bacarıb.