"Messenger"dən növbəti yenilik - "Dark Mode" rejimi
4 Mart 2019 13:42 DünyaFacebook Messenger-ə Dark Mode rejimi əlavə olunub.
Olaylar.az bildirir ki, Messenger-də Dark Mode rejimi yeni əlavə olunmuş yarımay smayliki vasitəsilə aktivləşdirilir.
Dark Mode rejimini aktivləşdirmək üçün yarımay smaylikini digər istifadaçiyə messencer vasitəsilə göndərmək lazımdır. Daha sonra smayliki göndərmiş şəxsin qarşısına "Siz gecə rejimini aşkar etdiniz" bildirişi çıxacaq.
Messenger dostlarınız da sizə Ay emojisini göndərməklə Dark Mode rejimini aktivləşdirmiş olurlar.
Qeyd edək ki, sözügedən yenilik hələki Android cihazlar üçündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31