Gürcüstanda NATO-ya inteqrasiya üzrə dövlət komissiyası yaradıldı

Dövlət komissiyasına Baş nazir Mamuka Baxtadze rəhbərlik edəcək.

Gürcüstan hökumətinin qərarı ilə ölkənin NATO-ya inteqrasiyası üzrə dövlət komissiyası yaradılıb.

Bu barədə Gürcüstan hökumətinin Administrasiyası məlumat yayıb.

Komissiyanın yaradılmasında məqsəd Gürcüstanın NATO-ya siyasi, hüquqi və hərbi sahələr üzrə tam inteqrasiyası prosesində dövlət strukturlarının fəaliyyətinin koordinasiyasının təmin olunmasıdır.

Dövlət komissiyasına Baş nazir Mamuka Baxtadze rəhbərlik edəcək. Komissiyanın üzvləri sırasına Dövlət Kəşfiyyat Xidməti, Dövlət Təhülkəsizlik Xidməti və Müdafiə Qüvvələrinin Baş Qərargahının rəhbərləri daxil olacaqlar.

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31