Keçən ay Suriyada 246 mülki şəxs öldürülüb

Cari ilin fevral ayında Suriyada 246 mülki şəxs öldürülüb.

Bu məlumat Londonda yerləşən İnsan Haqları üzrə Suriya Şəbəkəsinin (SNHR) hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, həlak olanların arasında 54 nəfər azyaşlı və 50 qadın var. Öldürülənlərin 108 nəfəri, o cümlədən 31 uşaq və 17 qadın isə Suriya hökumət qoşunlarının hərbi əməliyyatları nəticəsində həyatını itiriblər.

Bundan başqa, ABŞ-ın liderlik etdiyi İŞİD əleyhinə hərbi koalisiyanın əməliyyatlarında 17 dinc sakin, o cümlədən 4 azyaşlı və 4 qadın həlak olublar.

SNHR hesabatının müəllifləri daha 77 mülki şəxsin öldürülməsinin təqsirkarlarının müəyyən olunmadığını əlavə edib. Bütün bunlarla yanaşı, 5 tibb personalı da münaqişə qurbanları arasındadır.

Hesabatda 2018-ci ildə münaqişə zonasında 7 min mülki şəxsin həyatını itirdiyi də qeyd olunub.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31